İspaniya Super Kubokunun cavab oyunu keçirilib.
“Real” “Santyaq Bernabeu” stadionundan “Barselona”nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında ilk görüşdə “kral klubu” 3:1 hesabı ilə qələbə qazanmışdı.
Bununla da, Super Kubokun qalibi “Real” olub. Madrid təmsilçisi bu uğura 10-cu dəfə nail olub.
