VİDEO: “Qarabağ”ın “Vorskla” ilə oyunda Bayraq Günü sürprizi
10.11.2018 , 09:30
“Qarabağ” klubu 9 noyabr – Dövlət Bayrağı günü ilə əlaqədar Poltavada Ukrayna “Vorskla”sı ilə Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunu zamanı aksiya təşkil edib.
Qarşılaşmaya gələn Ağdam təmsilçisinin azarkeşlərinə Azərbaycan bayrağı hədiyyə olunub.
Qeyd edək ki, Aleksey Butovski adına stadionda təşkil olunan görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbəyə sevinib.
