VİDEO: “Qəbələ” “Proqres”ə məğlub oldu
13.07.2018 , 10:09

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Ölkəmizi bu turnirdə təmsil edən “Qəbələ” mübarizəyə başlayıb. “Qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubunu qəbul edib. Təmsilçimiz yeni baş məşqçi Sənan Qurbanovun ilk rəsmi matçında 0:2 hesablı yenilgi yaşayıb..
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
12 iyul
“Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq) 0:2
Qollar: Mayron de Almeyda, 51, Oliver Till, 61 (pen.)
