Azərbaycan – Almaniya oyununu qonaqların RTL telekanalı canlı yayımlayıb.
Korner.az-ın məlumatına görə, bu kanalda ekspert qismində millimizin sabiq baş məşqçisi Berti Foqts çıxış edib.
O, Azərbaycan futbolunun səviyyəsini öz ölkələrinin 3-cü Liqa səviyyəsində olduğunu bildirib. Yeri gəlmişkən, oyundan sonra almanlara qol vurmuş futbolçumuz Dmitri Nəzərov da bu kanala müsahibə verib.