VİDEO: Millimiz Maltanı məğlub edə bilmədi
11.09.2018 , 11:37
UEFA Millətlər Liqasında 2-ci turun oyunları keçirilib.Azərbaycan yığması da bu gün sözügedən turnirdə növbəti matçına çıxıb.
Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Malta ilə qarşılaşıb. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Qapımıza təyin olunan penaltidən rəqib futbolçu dəqiq yararlanıb. Amma maltalıların erkən qoluna futbolçularımız vaxtında cavab verə biliblər. Qalan dəqiqələrdə isə qapılara başqa qol vurulmayınca, millimiz bu oyundan da 1 xalla ayrılmalı olub.
