VİDEO: Londonda azərbaycanlı və erməni azarkeşlərin söz davası
14.12.2018 , 11:48
UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda təmsilçimiz “Qarabağ” səfərdə “Arsenal”a 0-1 hesabı ilə uduzub.
Londonda “Emreyts” stadionunda keçirilən matçdan öncə azərbaycanlı və erməni azarkeşlər arasında söz davası olub.
Qeyd edək ki, qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş əlində separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağını tutaraq, “Qarabağ”ın futbolçularının üzərinə qaçıb. Mühafizəçilər dərhal onu meydandan çıxarıb.
