Fransa millisinin və Meksikanın “Tiqres” klubunun hücumçusu Andre-Pyer Jinyak ciddi zədə alıb.
Korner.az-ın məlumatına görə, Meksika çempionatınını finalında “Tiqres” – “Amerika” komandası ilə qarşılaşıb.
Oyun gedişatında Jinyak rəqibi ilə toqquşub. Bunun nəticəsində hücumçu qısa müddətlik yaddaşını tirib. Stadiondan dərhal xəstəxanaya aparılan forvardın boyun onurğasında çıxıq aşkar edilib.
