Millimizin üzvü Araz Abdullayev yeni komandası “Anortosis”in heyətində ilk oyununu keçirib.
25 yaşlı futbolçu yoxlama görüşü çərçivəsində Yunanıstanın “Aris” klubuna qarşı oynayıb. 1-1 hesablı heç-heçə ilə başa çatan oyunda Abdullayev meydana 63-cü dəqiqədə daxil olub.
Yarımmüdafiəçi 83-cü dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qolu vurub.
