Vaxtilə futbolçu və məşqçi kimi “Kəpəz”ə xidmət etmiş Vidadi Rzayev doğma klubuna dönüb. Mütəxəssis 19 yaşlılardan ibarət komandanın baş məşqçisi təyin edilib.
Korner.az-ın məlumatına görə, bu xəbəri klubun rəsmi saytı verib.
O, bu postda Fuad İsmayılovu əvəz edib. Bununla belə, İsmayılov da komandanı tərk etməyib. Fuad müəllim Rzayevin köməkçisi təyin edilib.
U-19 komandasında köməkçi məşqçi işləmiş Tofiq Məmmədov isə klubun 16 yaşlılardan ibarət komandasının baş məşqçisi olub.
Vidadi Rzayev müxtəlif vaxtlarda “Kəpəz”də məşqçi və baş məşqçi işləyib. Ötənlərin məşhur futbolçusu komanda birinci divizionda çıxış edərkən “sarı-göylər”in əsas çalışdırıcısı olub.
