“Komanda tez-tələsik yığıldı deyə, ona görə komandamız belədi. Neyləyə bilərik?”
I Divizionda çıxış edən Gəncənin “Kəpəz” komandasının baş məşqçisi maraqlı açıqlamalar verib.
Korner.az xemsefans.com-a istinadən həmin açıqlamaları sizə təqdim edir:
“Oynamayan futbolçular komandadan gedəcək. Bu qanundu də, kim komandaya xeyir verə bilmirsə, hamısı qışda göndəriləcək. Hakimlər də bir az bizə qarşı səhvlər etdi. Amma inanmıram ki, orda hansısa qərəz olsun. I Divizionda nə qərəz ola bilər ki?”
Rzayev komandaya yeni götürdükləri qapıçılardan da danışdı: “Komandaya Xəyal Zeynalovla, Habil Hüseynovu götürdük. Səbəb isə “Şəmkir”lə matçda Ramil Kərimovun qırmızı vərəqə alması oldu. Ehtiyat qapıçımız Tarıyel Hüseynov da zədəli idi. Bununla belə 4 qapıçımız oldu. Habil sağ olsun, çağıranda dedi ki, heçnəyiniz lazım deyil, Gəncə futboluna canla-başla köməklik göstərməyə hazıram”.
