"Qalatasaray" klubunun futbolçusu Veysəl Sarının zədəsi ciddi deyil.
Korner.az-ın məlumatına görə, "Eskişehirspor"dan transfer olunan gənc futbolçu dünən keçirilmiş "Sivasspor"la matçda zədələnmişdi. Klubun hakimlər heyəti:
"Başından aldığı zərbə səbəbilə yoxlama məqsədli rentgenə ehtiyac duyulub", – açıqlamasını verib.
Qeyd edək ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
