“Vest Hem”in yeni baş məşqçisi məlum oldu
09.01.2025 , 12:45
“Vest Hem”in yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komandanı bundan sonra ingiltərəli mütəxəssis Qrem Potter çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı çalışdırıcı ilə 2,5 illik müqavilə imzalanıb.
Qrem Potterin son iş yeri “Çelsi” olub.