“Vest Hem”i o çalışdıracaq – İDDİA
09.12.2024 , 14:00
“Midlsbro”nun baş məşqçisi Maykl Karrik yeni iddia ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, mütəxəssis “Vest Hem”i çalışdıra bilər.
İngiltərə təmsilçisi Xulen Lopeteqini onunla əvəzləməyi düşünür.
Karrik klubun əsas namizədlərindən biridir.
O, 2022-ci ilin oktyabr ayından “Midlsbro”ya rəhbərlik edir.