“Vest Hem”dən yeni transfer – Rəsmi
06.01.2026 , 13:45
“Vest Hem” İtaliyanın “Latsio” klubunun hücumçusu Valentino Kastelyanosu heyətinə qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, oyunçu ilə müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub və tərəflərin razılığı ilə daha bir il uzadıla bilər.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm “Latsio”da 12 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.