İngiltərə Premyer Liqasında mübarizə aparan “Vest Hem” Mikayl Antonio ilə müqavilənin müddətini uzadıb.
Korner.az-ın məlumatına görə, futbolçu ilə 4 illik yeni müqavilə imzalanıb.
Beləliklə, oyunçunun müqaviləsinin müddəti 2021-ci ilə qədər uzadılıb.
Antonio: “Artıq bunun zamanı gəlmişdi. Sanki buludların üzərindəyəm. “Vest Hem”i sevirəm. Klubun prezidentinə də təşəkkürümü bildirirəm. Çünki bu müqavilənin imzalanması üçün çox çalışdı. O, çox nəzakətli bir adamdı və təşəkkürə layiqdi”.
Qeyd edək ki, yarımmüdafiəçi 2015-ci ildə “Vest Hem”ə transfer olunub. London təmsilçisinin forması ilə Mikayl 69 oyuna 18 qol vurub və 10 məhsuldar ötürmə edib.
