İngiltərə Premyer Liqasında mübarizə aparan “Uest Hem” baş məşqçi Slaven Biliçlə mövsümün sonunda yolları ayırmaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, bu haqda “Sky Sport” xəbər yayıb.
Komandanın bu mövsüm uğursuz çıxış etməsi rəhbərliyin bu qərara gəlməsinə səbəb olub.
Klubun xorvat mütəxəssisin yerinə gətirəcəyi baş məşqçinin adına da aydınlıq gəlib. Belə ki, hazırda “Fulhem”i çalışdıran Jokanoviç gələn mövsümdən “Uest Hem”i çalışdıracaq.
