“Vest Hem” Santunun müqaviləsini vaxtından əvvəl pozmağa hazırdır
06.02.2026 , 16:30
İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirən “Vest Hem” baş məşqçisi Nuno Espirito Santunun gələcəyi ilə bağlı qərarını yaxın günlərdə verə bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin müqaviləsində klubun Premyer Liqadan düşməsi halında onu işdən çıxarmaq hüququ təsbit olunub. Bu halda “Vest Hem” Santunun müqaviləsini vaxtından əvvəl pozmaq üçün heç bir əlavə maliyyə ödəmək məcburiyyətində deyil.
Hazırda London təmsilçisi 24 turdan sonra 20 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Komandanın növbəti oyunu səfərdə “Bernli”yə qarşı baş tutacaq.