“Vest Hem” onu göndərdi
09.06.2025 , 17:00

“Vest Hem” futbolçusu Kurt Zuma ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi 30 yaşlı fransalı oyunçunun başa çatan müqaviləsini yeniləməyib.
