“Vest Hem” də maaşları azaltdı
11.04.2020 , 17:29

“Vest Hem” klubu koronavirusa görə futbolçuların maaşlarını azaldıb.
Korner.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Komandanın baş məşqçisi Devid Moyesin, klubun vitse-prezidenti Karen Bredi və maliyyə direktoru Endi Molletin məvaciblərinin 30 faiz azaldıldığı bildirilib.
Futbolçuların məvaciblərinin nə qədər azaldıldığı isə açıqlanmayıb.
