Veşoviç və Yankoviç milliyə dəvət aldı
07.03.2023 , 10:00

Monteneqro millisinin 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan və Serbiyaya qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, mütəxəssis “Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviçə də dəvət göndərib.
Monteneqro martın 24-də Bolqarıstanın qonağı olacaq, üç gün sonra isə Serbiyanı qəbul edəcək.
