Veşoviç rəsmən “Qarabağ”da
16.07.2021 , 18:53

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Ağdam klubu Monteneqro milli komandasının cinah oyunçusu Marko Veşoviçi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı oyunçu “Qarabağ”la 2 illik müqavilə bağlayıb.
Monteneqrolu futbolçu Ağdam klubunda “29” nömrəli formanı geyinəcək. Veşoviçin son klubu “Legiya” (Polşa) olub.
