“Verona”da yeni yarımmüdafiəçi
14.09.2020 , 17:29

“Verona” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Fiorentina”nın yarımmüdafiəçisi Marko Benassini heyətinə qatıb.
26 yaşlı futbolçu satınalma şərti ilə bir illik icarəyə götürülüb.
Benassi 2017-ci ildən “Fiorentina”nın uğurları üçün çalışır.
