“Qəbələ” müdafiəçisi Vitali Vernidubla yeni müqavilə imzalayıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ukraynalı futbolçu bu mövsümün sonu başa çatacaq müqavilənin müddəti daha bir il uzadılıb.
Qeyd edək ki, 2015-ci ilin iyunundan “Qəbələ”nin şərəfini qoruyan Vernidub komandanın heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 53 matçda 3 qol vurub. Ukraynalı müdafiəçi Premyer Liqada 25 oyunda 2, Avropa Liqasında 22 qarşılaşmada 1 dəfə fərqlənib, Azərbaycan kubokunda 6 matç keçirib.
