“Baxmayaraq ki biz qrupdan çıxa bilməyəcəyik, bu oyun bizim üçün çox vacibdir. Yarışı turnir cədvəlinin yaxşı pilləsində bitirmək istəyirik”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Partizan”ın baş məşqçisi Vermezoviç bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Serb çalışdırıcı deyib ki, komandası oyuna çox yaxşı hazırlaşıb: “Xəbərimiz var ki, son liqa oyununda “Neftçi” 8:1 hesablı qələbə qazanıb. Stamenkoviçə qarşı Serbiyada təzyiqlər çox idi. Amma Bakıda belə şeyin olacağını gözləmirəm”.
Vermezoviç mətbuat konfransına gecikməsinin səbəbini də deyib: “Gecikdiyimə görə üzr istəməyəcəm. Stadionun içində mətbuat konfransı keçirilən yeri axtarırdım və mənə heç kim kömək etmirdi”.
Mətbuat konfransında iştirak edən “Partizan”ın futbolçusu Aleksandr Mitroviç də oyuna yaxşı hazırlaşdıqlarını qeyd edib.
