“Mançester Yunayted” klubunun yeni baş məşqçisi Lui van Qal müdafiə xəttini gücləndirmək istəyir.
Korner.az-ın məlumatına görə, “qırmızı şeytanlar” “Arsenal”da forma geyən Tomas Vermaleni heyətinə qatmaq istəyir. Vermalenin müdafiənin sol cinahı və mərkəzində oynamaq bacarığı ilə yanaşı Premyer Liqa təcrübəsi onun transfer qiymətini qaldırır (12 milyon avro).
Hal-hazırda Mançester təmsilçisinin heyətində cəmi bir sol cinah müdafiəçisi var (Luka Şou). Patrik Evranı “Yuventus”a satan rəhbərlik onun yerini doldurmağa çalışır.
Qeyd edək ki, Vermalendən başqa MY əsas hədəfində “Volsburqun” formasını geyən Rikardo Rodriqes də var.
