Veratti PSJ ilə uzunmüddətli müqavilə bağlamaq istəyir
08.04.2019 , 13:00

PSJ klubunun italiyalı futbolçusu Marko Veratti gələcək karyerası ilə bağlı danışıb.
Hazırda özünü xoşbəxt hiss etdiyini bildirən yarımmüdafiəçi müqaviləsini artırmaq istədiyini dilə gətirib.
“7 ilə yaxındır ki, mən bu klubda çıxış edirəm. Özünü xoşbəxt hiss edirəm. Buradan ayrılmağı düşünmürəm.”
Qeyd edək ki, Marko Verattinin PSJ ilə 2021-ci ilə qədər müqaviləsi var.
