Adı müxtəlif klublarla hallanan PSJ-nin yarımmüdafiəçisi Marko Veratti açıqlama verib.
Korner.az-ın məlumatına görə, italiyalı futbolçu paytaxt klubundan ayrılmaq niyyətində olmadığını bildirib: "PSJ-də xoşbəxtəm, ayrılmaq üçün səbəbim yoxdur.
2016-cı il mənim çətin keçdi, amma bir insan olaraq inkişaf etdim". Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2012-ci ildən PSJ-də çıxış edir.
