Çili millisinin üzvü Aleksis Sançez yayda “Arsenal”ı tərk edəcək.
Korner.az-ın məlumatına görə, bu barıədə məlumatı “Mirror” nəşri yayıb.
28 yaşlı futbolçu Premyer Liqanın XXVII turunda “Liverpul”la səfər matçından öncə (3:1) komandanın baş məşqçisi Arsen Venger və komanda yoldaşları ilə qalmaqal salıb. O, bu qalmaqaldan sonra klub rəhbərliyinə və baş məşqçiyə yayda komandanı tərk edəcəyini deyib.
Ancaq “Liverpul”la matçdan sonra keçirilən mətbuat konransında baş məşqçi Arsen Venger Aleksisin ehtiyat oyunçular skamiyasında oturmasını qalmaqalla əlaqələndirməyib. Fransız çalışdırıcı bildirib ki, “Liverpul”la oyunda başqa taktikadan istifadə etdikləri üçün Aleksis ehtiyatda qalıb və oyuna sonradan daxil olub.
