"Arsenal"ın baş məşqçisi Arsen Venqer dünən keçirilən mətbuat konfransında UEFA-dan gileylənib.
Korner.az-ın məlumatına görə, səbəb isə ilk oyunda Zaqrebin “Dinamo” komandasının heyətində 90 dəqiqə meydanda olan və matçdan sonra dopinq qəbul etdiyi təsdiqlənən Aryan Ateminin 4 illik cəza alması halda Zaqreb klubunun cəzalandırılmamasıdır.
Arsen Venger:
“Bu o deməkdir ki, UEFA saxtakarlıq edənləri mükafatlandırır. Bu necə qaydadır? Futbolçu oyuna dopinqli şəkildə daxil olur və matçın nəticəsi dəyişmir. Artıq dəyişə biləcək heç nə yoxdur, çünki qaydalar belə deyir. İlk oyundakı məğlubiyyəti unudub evdə qələbə qazanmağı düşünürük”.
Rəqib klubun baş məşqçisi Zoran Mamiçin də cavabı gecikməyib.
Zoran Mamiç “Venger danışmaqda sərbəstdi, amma qaydaları o təyin eləmir. Digərləri kimi o da başqalarının təyin etdiyi qaydalara hörmətlə yanaşmalıdır” – deyib.
