“Arsenal”ın baş məşqçisi Arsen Venger London klubundakı karyerası ilə bağlı qərarını yazda açıqlayacaq.
Korner.az-ın məlumatına görə, fransalı çalışdırıcı “topçular”dakı fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı fikrini hələ ki qətiləşdirməyib.
Bu səbəbdən Vengerin “Arsenal” rəhbərliyinin yeni müqavilə təklifinə necə cavab verəcəyi bilinmir. Təcrübəli mütəxəssis yekun qərarını mart və ya aprel aylarında açıqlayacağını vurğulayıb.
