“Arsenal”ın baş məşqçisi Arsen Venqer komandanın qapıçısı Petr Çexin zədəsinin ciddiliyini açıqlayıb.
Korner.az-ın məlumatına görə, “goal.com” portalına danışan mütəxəssis “Arsenal” azarkeşlərinə xoş xəbər verməyib.
Belə ki, fransalı mütəxəssisin sözlərinə görə Çexin zədəsi gözləniləndən daha ciddidi. Baldırın ikibaşlı əzələsini dartan təcrübəli qolkiper 1 ay komandasına kömək edə bilməyəcək.
“Çexin zədəsi “Suonsi” ilə oyundna öncə bəlli idi. Lakin mən ondan soruşdum, hazır olduğunu dedi. Futbolçulara güvənməlisən, amma bəzən elə halla olur ki, zədələrdən qaçmaq mümkün olmur”, – deyə Venqer bildirib.
