“Arsenal”ın baş məşçisi Arsen Vengeri komandada görmək istəməyənlərin sayı artır
Bu dəfə London klubunun sabiq üzvləri fransalı mütəxəssisin istefa verməli olduğunu bildiriblər.
Keçmiş futbolçulardan Li Diksona görə, artıq Vengerin taktikaları özünü doğrultmur: “Onun bu vəzifədə qalması problemləri həll etməyəcək. Venger topsuz oynaya bilməyən futbolçulardan ibarət komanda yaradıb. Bu isə muasir futbolda heç kimə lazım deyil”.
Peti isə komandanın tam komplektləşmədiyini düşünür: “Arsenal” üçün ən təhlükəli vəziyyət topun onlarda olmasıdı. Topu çox tez itirirlər. Bu da komandanın tam komplektləşməməsindən və adaptasiya problemindən irəli gəlir”.
Qeyd edək ki, “Arsenal” 11 turdan sonra 19 xalla 6-cı pillədə qərarlaşıb.
