“Arsenal”ın baş məşqçisi Arsen Venger “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Fergüsssonun rekordunu təkrarlayıb.
Fransalı mütəxəssis İngiltərə Premyer Liqasında oyunlarının sayına görə A.Fergüssona çatıb. Ölkə çempionatının 20-ci turunda “Kristal Pelas”a qarşı matç A.Vengerin baş məşqçi qismində Premyer Liqada 810-cu görüşü olub.
