Venger: “Arsenal” uduzsa, üzüləcəm”
24.05.2019 , 11:12

22 il “topçuları” çalışdırmış fransalı mütəxəssis Bakıda keçiriləcək Avropa Liqası finalı haqqında danışıb. O bildirib ki, Azərbaycandan “Arsenal”a azarkeşlik edəcək: “Həmişə “Arsenal”a azarkeşlik edəcəm. Həyatım bu klubda keçib. Onları fanat kimi izləyəcəm. Azərbaycanda da durum fərqli olmayacaq. Əgər “Çelsi” ilə matçdan qalib ayrılsalar, çox sevinəcəm, məğlub olsalar, üzüləcəm”.
Qeyd edək ki, “Arsenal”la “Çelsi” arasında mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final görüşü saat 23:00-da başlayacaq.
