Vengerə Qətərdən təklif
08.01.2019 , 11:17

Qətər millisinin baş məşqçisi postuna əsas namizəd bəlli olub. “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Venger Asiya təmsilçisini çalışdıra bilər.
Qətərlilər 69 yaşlı fransalını bu postda görmək istəyir. Onlar Vengerin yığmanı evdə keçiriləcək DÇ-2022-yə daha yaxşı hazlrlayacağına inanır.
Qeyd edək ki, Venger 1996-2018-ci illərdə “Arsenal”a rəhbərlik edib.
