Əsas

Vedat Muriki: “Azərbaycandan qopartdığımız xal bizim üçün dəyərlidi”

08.09.2018 , 11:29

Kosovo yığması UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk turunda səfərdə millimizlə qarşılaşıb və 0:0 hesablı heç-heçə edib.

Oyundan sonra kosovoluların hücumçusu Vedat Muriki fikirlərini bildirib. Türkiyənin “Rizəspor” klubunda çıxış edən 24 yaşlı forvard öncə oyun barədə danışıb:

 

– Bizim üçün çətin keçdi. Azərbaycanın favorit olduğunu bilirdik. Yaxşı mübarizə apardıq. Azərbaycandan qopartdığımız bir xal bizim üçün dəyərlidir. 3 gün sonra evdə Farer adaları ilə oyunumuz var. Bu bir xalı qiyməti etmək üçün doğma meydanımızda qalib gəlməliyik.

 

– 1 xala razı kimi görünürsüz.

– Biz istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Azərbaycan da yaxşı komandadır. Bir xal bizim üçün yaxşıdır. İnşallah, Farer adalarına evdə qalib gələrik.

 

– Gözlədiyiniz Azərbaycan komandasını meydanda gördünüz?

– Gözlədiyimiz komandanı gördük. Rəqibimizi kimsə kiçiltməyib. Analizlər etmişdik, ona görə də deyirəm ki, bu bir xal çox dəyərlidir.

 

– Cavab matçında Azərbaycanı məğlub edə bilərsiz?

– O zamana qədər yaxşı çalışsaq, niyə də olmasın?! Biz doğma divarlar arasında oynayacağıq. Azarkeşlərimizin güclü dəstəyi olacaq. Bu dəstək çox önəmlidir. Orada yəqin fərqli çıxış edəcəyik.

 

– Burada əldə edilən bir xal Kosovonu favorit etdimi?

– Təqvimə baxsaq, elə görünə bilər. Son matçımız Azərbaycanla oynayacağıq. Farer adaları və Malta ilə matçlarda maksimum nəticə ilə ayrılsaq, belə qənaətə gəlmək olar. Azərbaycanla cavab matçında əlimizdən gələni edəcəyik.

 

– Millimizdən hansı futbolçu daha təhlükəli idi?

– Meydanda bunu hiss etmək bəzən çətin olur. Meydandan kənarda bunu rahat görmək olur. Amma Kamran Ağayevlə Türkiyədə “Girəsunspor”un şərəfini qoruduğum vaxtlarda bir neçə dəfə üz-üzə gəlmişəm. Kamranı ordan tanıyırdım.

 

– Hər iki komanda ilk oyunda bir-birindən çəkindi.

– İlk matç belə olur. Nəyin gözlədiyini bilmirdik. Bir xal yaxşı nəticə sayılmalıdır.

Son yazılar

Yuxarı