Premyer Liqa

Varela: “Qəbələ” ilə oyunun rahat olmayacağını bilirdik”

26.09.2012 , 12:01

“Öncə komandanın hər bir üzvünü, bütün azarkeşlərimizi təbrik edirəm. Həqiqətən çox gözəl oyun oldu”.

Korner.az– ın məlumatına görə, bu sözləri “Rəvan”ın futbolçusu Juan Manuel Varela deyib.

“Qəbələ” ilə oyunda hesabı açan futbolçu ilk dəqiqələrdən qələbəyə inandığını bildirib: “Qəbələ” ilə oyunun rahat olmayacağını bilirdik, ancaq qələbəyə köklənmişdik. Artıq ilk dəqiqələrdən qələbəyə inanırdım, hiss edirdim ki bu oyuna komanda tam başqa cür yanaşır. Hətta hesab 1:1 olduqdan sonra da bilirdim ki, hesabı artırmağa imkanlarımız olacaq. Fikrimcə, ən layiqli oyunu göstərənlər Davud Kərimi və müdafiəçilərimiz oldu, biz isə hücum xəttində öz borcumuzu yerinə yetirdik. Düşünürəm ki, başqa cür ola da bilməzdi”.

Qeyd edək ki, “Qəbələ” – “Revan” matçı 1:3 hesabı ilə başa çatıb.

Son yazılar

Yuxarı