“Lester”in hücumçusu Ceyms Vardi yenə mətbuatın gündəmini zəbt edib.
Korner.az-ın məlumatına görə, 29 yaşlı forvard bu dəfə oyunu ilə deyil, şəxsi həyatı ilə diqqətləri üzərinə cəlb edib.
Belə ki, bu günlərdə “Lester”in forvardı ailə həyatı qoyub. Bekki Nikolsonla evlənən Ceyms Vardinin artıq uşaqları da var. Buna baxmayaraq, ingilis hücumçunun valideynləri oğullarının Nikolsonla nigaha daxil olmasına qarşı çıxıblar.
Bekki Nikolsonun daha əvvəldən fərqli kişilərdən 2 övladının olması Vardinin valideynlərinin ürəyincə deyil. Amma futbolçu valideynlərini deyil, sevdiyi qadını seçib.
