Varan Ronaldo haqda danışdı
15.05.2023 , 14:11
“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqda açıqlama verib.
Korner.az xəbər verir ki, o, Ronaldodan çox şey öyrəndiyini bildirib:
“Ronaldodan çox şey öyrəndim. O, hər detala fikir verən oyunçu idi. Onun hər məşqə, hər oyuna böyük motivasiyası olurdu. O, hər zaman oyunlarda arxayınlıqla daha çoxunu istəyən biridir”.
Ronaldo İspaniya nəhəngi “Real Madrid”ə məşqçi kimi qayıda biləcəyi gözlənilir.