"Real"ın müdafiəçisi Rafael Varan klubdakı gələcək karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, fransalı futbolçu Madrid klubunda qalacağını bildirib:
"Real"da qalmaq istəyirəm. Çünki buradakı işimi davam etdirməm üçün hər cür şərait var. Komandanın və azarkeşlərin sevgisini hiss edirəm. Burada mənə "Real"ın yetirməsi kimi davranırlar. Hələ yaxşı günlərimiz qarşıdadır".
