Varan rəsmən “Mançester Yunayted”də
14.08.2021 , 16:41

“Mançester Yunayted” “Real”ın futbolçusu Rafael Varanın transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Varan 2011-ci ildən “Real”da çıxış edirdi.
