Varan: “Media çox şey yazır, amma…”
24.03.2019 , 10:16

İspaniyanın “Real” Madrid klubunun fransalı futbolçusu Rafael Varan haqqında çıxan transfer xəbərləri ilə bağlı danışıb.
“Kral klubu”nu Dünyanın ən yaxşısı adlandıran 25 yaşlı müdafiəçi başqa kluba keçmək istəməsi ilə bağlı yazılan xəbərləri təkzib edib.
“Mediyada yazılan bütün xəbərləri oxuya bilmirəm. Oxuduğum xəbərlər isə həqiqəti əks etdirmir. Bir həqiqət var ki, mən “Real” Madrid klubunda xoşbəxtəm.
Qeyd edək ki, mediyada Rafael Varanın yeni mövsümdən etibarən başqa kluba keçidi ilə bağlı xəbərlər yayılmışdı.
