Varan “Mançester Yunayted”dən ayrıldı
06.06.2024 , 13:45

“Mançester Yunayted” altı futbolçusu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Söhbət Antoni Marsial, Rafael Varan, Brandon Vilyams, Çarli Makneyl, Markus Lourens və Kay Plamlidən gedir.
Bundan başqa “Mançester Yunayted”in gənclər komandasının təcrübəli futbolçusu və məşqçisi Tom Haddlston da işsiz qalıb.
