Varan “Mançester Yunayted”də
28.07.2021 , 18:54

“Mançester Yunayted” heyətinə yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, “qırmızı şeytanlar” “Real”ın oyunçusu Rafael Varanı heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Varan 2011-ci ildən “kral klubu”nda çıxış edirdi.
