VAR sistemi Avroliqanın Bakıdakı finalında
05.02.2019 , 15:28

Bu mövsüm Avropa Liqasının final oyununda VAR (videotəkrar) sistemindən istifadə olunacaq.
Qurum artıq Bakıda keçiriləcək həlledici qarşılaşmada VAR-ın tətbiq olunacağını təsdiqləyib. Həmçinin bu mövsüm Çempionlar Liqasında, Millətlər Liqasının Portuqaliyada olacaq finalında və 21 yaşadək futbolçulardan ibarət komandalar arasında İtaliyada keçiriləcək Avropa çempionatında sözügedən texnologiyadan istifadə ediləcək.
Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
