“VAR-ı sevmirəm, həyəcanı öldürür” – Məhəmməd Salah
23.08.2019 , 20:46

“Liverpul”un futbolçusu Məhəmməd Salah bu mövsümdən İngiltərə Premyer Liqasında tətbiq edilən VAR sistemi (Video Köməkçi Hakim – red.) barədə fikirlərini bildirib.
Korner.az xəbər verir ki, o, VAR-ın futbolda həyəcanı öldürdüyünü söyləyib:
“VAR-ı sevmirəm. Lap əvvəldən bu cür düşünmüşəm. Futbolu hakim, futbolçu səhvləri ilə, yəni olduğu kimi sevirəm. Çünki belə daha həyəcanlı və mənalıdı. VAR həyəcanı öldürür. Bundan başqa, mənə elə gəlir ki, VAR həddən artıq sərtdi. Zamanla hamı bunu görəcək” – deyə, misirli ulduz bildirib.
