Vaqnerin yeni ünvanı
16.04.2025 , 09:55

“Qarabağ”ın sabiq qapıçısı Vaqner Silvanın yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, 38 yaşlı qolkiper karyerasını Braziliyada davam etdirəcək.
O, vətənində “Operario Ferroviario” komandası ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Vaqner Silva 2018/19 mövsümündə “Qarabağ”da forma geyinib.
