Vaqner Silva: “Oyunun sonunda diqqətsiz davrandıq”
08.08.2019 , 16:39

“Qarabağ”ın qapıçısı Vaqner da Silva “Globo Esporte” nəşrinə açıqlama verib.
Korner.az xəbər verir ki, qolkiper Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı danışıb:
“Maraqlı oyun oldu, yaxşı nəticə əldə etdik. Oyunun sonunda diqqətsiz davrandıq və 1 qol buraxdıq. Belə səhv buraxmaq olmaz, oyuna final fitinə qədər köklənmək lazımdır. Özümüzü cavab oyununa daha yaxşı hazırlamalıyıq”.
