Vaqner Lav “Beşiktaş”dan ayrılır
21.01.2019 , 11:26

“Beşiktaş”ın futbolçusu Vaqner Lav yaxın vaxtlarda İstanbul klubundan ayrılacaq.
Braziliyalı hücumçu ilə “Beşiktaş” arasında müqavilənin ləğvi ilə bağlı razılıq əldə olunub. Son zamanlar gənclər komandasında məşq edən 34 yaşlı hücumçunun ölkəsinin “Korintians” klubuna keçəcəyi gözlənilir.
Lav iki mövsümdür oynadığı “Beşiktaş”da 29 matçda 11 qol vurub.
