big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Vaqif Sadıqovun “heç-heçəyə 15 dənə verirlər” sözlərinə münasibəti

15.01.2016 , 13:01

“15 il əvvəlki oyunda gedən hadisələr və matçın nəticəsi nəzərə alınıb. Və sonda rüşvət təklif edilmə şübhəsi öz təsdiqini tapmayıb”. 

Korner.az-ın məlumatına görə, bunu apasport.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun yayılmış videosu ilə bağlı məsələyə münasibət bildirən AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov deyib.

AFFA-nın Xüsusi Komissiyası 2015-ci ilin noyabrında mətbuatda yayılmış video ilə bağlı araşdırmalarını yekunlaşdırıb. Sabiq FİFA hakimləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun idarəçiliyi ilə 2001-ci ildə keçirilmiş “Osiyek (Xorvatiya) – “Dinaburq” (Latviya) matçında qonaq komandanın onlara rüşvət təklif etməsi ehtimalını özündə əks etdirən videogörüntülərin yaratdığı şübhələr əsassız çıxıb.

Komissiyanın iclasında iştirak edən Vaqif Sadıqov əməkdaşımızın “Xaqani Məmmədovun həmin oyunda “qonaqlar heç-heçəyə 15 dənə verirlər” sözlərini necə başa düşmək olar” sualını bu cür cavablandırıb: “Həmin oyunda olan hər üç hakimdən izahat alınıb, onlar dindirilib. Həmçinin, həmin vaxtkı baş məşqçinin (Roman Qriqorçuk-red.) də izahatı alınıb. Bunlara əsaslanaraq, belə bir qərar qəbul edilib. Xaqani Məmmədov izahatında bildirib ki, bu, ona qarşı qərəzdi. O, Əliyar Ağayevin Avropa Liqasının qrup mərhələsinə təyinat aldığı bir vaxtda bu videonu yaymaqda məqsədin Azərbaycan hakimliyinin nüfuzunu aşağı salmaq olduğunu söylədi. Dedi ki, bu, öz təsdiqini tapmadığına görə, deməli, belə bir hadisə baş verməyib. Orda hər kəs öz fikrini bildirdi. Mən hesab edirəm ki, hər biri öz vicdanı qarşısında hesabat verməlidi”.

Qeyd edək ki, adıçəkilən video 2001-ci il iyulun 28-də UEFA Kuboku turnirində “Osiyek (Xorvatiya) – “Dinaburq” (Latviya) komandaları arasında keçirilmiş cavab oyununda lentə alınıb. Görüntülərdə eşidilən dialoqlarla bağlı KİV-də olan iddialara əsasən, matçın yan xətt hakimi Ramiz Əsədov və ehtiyat hakim Xaqani Məmmədov 72-ci dəqiqədə baş hakim Asim Xudiyevə səslənərək, “qonaqlar heç-heçəyə 15 dənə verirlər” deyərək, Latviya klubunun rüşvət təklif etdiyi ilə bağlı xəbər çatdırmağa çalışıblar.

Son yazılar

To Top